Müəllim işləmək istəyən kişilərin sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllim işləmək istəyən kişilərin sayı artıb

12:07 - 12 / 07 / 2019
Müəllim işləmək istəyən kişilərin sayı artıb

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanda qadın müəllimlərin sayı üstünlük təşkil edir. 

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib. “Ancaq qısa müddətdə orta məktəbdə qadın-kişi müəllimlərinin nisbətinin tarazlaşacağını gözləmək düzgün olmaz. Lakin ötən illərlə müqayisədə müəllim işləmək üçün müraciət edən kişilərin sayında artım var.

Bunu böyük məmnunluq hissi ilə qeyd edirik. Çünki bütün sahələrdə olduğu kimi təhsildə də daha yaxşı nəticələrin əldə edilməsi üçün balansın qorunması vacibdir”- deyə, nazir vurğulayıb.

P.Sultanova

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər