Bakı və Abşeronun bəzi ərazilərində su kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Abşeronun bəzi ərazilərində su kəsiləcək

17:00 - 17 / 07 / 2019
Bakı və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

S.Xankişiyeva

 

Paylaş:
741

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər