“Qəbələ”nin UEFA Avropa Liqasındakı rəqibi müəyyənləşib
2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasında mübarizə aparacaq "Qəbələ"nin ilk rəqibi müəyyənləşib.
1news.az-ın məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "qırmızı-qaralar" Gürcüstanın "Dinamo" klubu ilə görüşəcək.
Tbilisi I təsnifat mərhələsində "Enqordani"ni (Andorra) mübarizədən kənarlaşdırıb - 6:0, 1:0.
Komandamız ilk oyununu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq.
Xatırladaq ki, "Qəbələ" 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komandamız evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.
1news.az
943