Prezident İlham Əliyev yazıçıya ev hədiyyə edib | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev yazıçıya ev hədiyyə edib

16:35 - 23 / 07 / 2019
Prezident İlham Əliyev yazıçıya ev hədiyyə edib

Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalaya ev hədiyyə edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə yazıçı özü "Facebook" hesabında yazıb.

"Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.

Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!", - deyə, yazıçı bildirib.

S.Xankişiyeva

 

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər