İnarə Vəliyeva: Biz yeniyetmələrə təkcə yüksək nəticələr əldə etməkdə deyil, həmçinin gələcək peşələrini seçməkdə də yardım edirik – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

İnarə Vəliyeva: Biz yeniyetmələrə təkcə yüksək nəticələr əldə etməkdə deyil, həmçinin gələcək peşələrini seçməkdə də yardım edirik – FOTO – VİDEO

14:45 - 26 / 07 / 2019
İnarə Vəliyeva: Biz yeniyetmələrə təkcə yüksək nəticələr əldə etməkdə deyil, həmçinin gələcək peşələrini seçməkdə də yardım edirik – FOTO – VİDEO

Artıq 4 ildir ki, Bakıda “Dərs Evi” adlı İnnovativ Tədris Mərkəzi fəaliyyət göstərir.

Əvvəlcə, bu Mərkəzin məqsədi Azərbaycanda təhsilə olan yanaşmanı və formalaşmış stereotipləri kompleks şəkildə dəyişmək idi. Bunun nəticələri barədə təhsil eksperti İnarə Vəliyeva danışır:

- Hələ lap başlanğıcda, yeni tədris mərkəzini yaratmaq ideyası irəli sürüləndə bizim əsas məqsədimiz abituriyent hazırlığı deyildi. Bizim üçün ən vacib məqsəd müəllimlərimizin və şagirdlərimizin həyatını daha da yaxşılaşdırmaq idi və elə olaraq da qalır. Bu, asan yol deyil. Əvvəlcə, dəyişmək istəyən insanları tapmaq lazımdır.

Buna görə də biz gənc müəllimləri işə dəvət etməyə başladıq. Ciddi seçimlər etdik, ən istedadlı müəllimləri kursda iştirak etməyə dəvət etdik və nəticədə onlar yaxşıların yaxşısı oldular.

Bu da öz bəhrəsini verdi. Hər dərs ilinin sonunda biz 100% emosiya ilə dolu ümumi görüşlər keçiririk. Bu görüşlərdə şagirdlər çox vaxt deyirlər ki, «Dərs Evi»nin müəllimləri onların həyatında böyük rol oynayıb və müəllimlərin onlara məşğələlər xaricində də necə kömək etdiklərindən danışırlar.

“Dərs Evi” təkcə tədris mərkəzi deyil, bu elə bir yerdir ki, burada biz insanların həyatını dəyişirik.

- “Dərs Evi”nə gələnlərin həyatının dəyişdiyinə dair nümunələr varmı?

- Məsələn, bu yaxınlarda keçirilmiş yekun görüşdə şagirdlərimizdən birinin anası göz yaşları içərisində bizə danışdı ki, əməkdaşlarımız və müəllimlərimiz onun oğluna düşdüyü «pis mühit»dən uzaqlaşmaqda kömək ediblər. Bizim mərkəzin kurslarında təhsil aldıqdan sonra oğlan nəinki universitetə daxil olub, həm də çox dəyişib, oxumağa başlayıb və ona pis təsir göstərən uşaqlarla ünsiyyəti kəsib. Yeri gəlmişkən, biz bütün məzunlarla olduğu kimi, onunla hələ də əlaqə saxlayırıq.

Belə hekayələr olduqca çoxdur. Çox vaxt yeniyetmələr çətin həyati situasiyalarla əlaqədar öz müəllimləri ilə məsləhətləşir və çətinliyi dəf etmək üçün motivasiya əldə edirlər. Bundan başqa, “Dərs Evi”ndə hər şagirdin öz kuratoru var, həm dərs oxumaq və dərsləri çatdırmaq, həm də istirahət etmək və öz maraqlarına vaxt ayıra bilmək üçün, kurator məşğələlərin cədvəlini tərtib etməkdə və bütün işləri düzgün planlaşdırmaqda şagirdlərə yardım edir.

Mərkəzimizin devizi: “Because we care” – “Çünki qayğınıza qalırıq”. “Dərs Evi”nin vəsaitləri sayəsində mən başqalarının qayğısına qalmaq imkanı əldə edirəm. Biz məhz belə insanları ətrafımıza toplayırıq.

- Ən çox nə ilə fəxr edirsiniz?

- Birinci növbədə, mən komandamızla fəxr edirəm, çünki ətrafımızdakı insanlara çox diqqətlə yanaşırıq. İşçilərin seçimi uzun və ağır prosesdir. Hər bir namizəd bizim ölkə üçün heç də xarakterik olmayan etaplı müsahibə və test keçir. Biz xüsusi insanları seçirik.

Bizim komandamız bir tərəfdən sistem qurmağa, digər tərəfdən isə bir-birlərinə istənilən anda kömək etməyə hazırdır. Bu komanda şirkətin ruhuna və dəyərlərinə uyğundur. Mən onlarla fəxr edirəm. Onların hər biri özünəməxsusdur. Hər birinin şirkətdə uğur qazandığı öz sahəsi var. Hamısı birlikdə vahid bir məqsədə, yəni şagirdlərin oxumaq, müəllimlərin isə öyrətmək istədikləri yeni təhsil sisteminə doğru irəliləyirlər.

- İmtahanlara hazırlıqla yanaşı, sizin bir çox mükəmməl proqramlarınız var. Mən “Proforientator (Peşə yönləndirici)” layihəsi barədə eşitimşəm, bir də “Yaaay” adlanan yay məktəbi, “Get” xaricdə təhsil proqramı var...

- Bəli, özü də bu proqramlardan hər  biri unikaldır.

Biz «Kaplan International Test Prep» proqramının sertifikatlı tərəfdaşlarıyıq və bizim müəllimlərimiz ingilis dilini tədris etmək üçün konkret kvalifikasiyaya yiyələniblər. Biz IELTS və SAT proqramları üzrə imtahanlara hazırlıq keçirik. Bu imtahanlar, əsasən, xaricdə təhsil almaq üçün verilir və əlbəttə ki, tələbələrimiz məsləhət almaq üçün bizə müraciət etməyə başlayıblar: «Hansı ali təhsil müəssisəsinə və necə sənəd verək»? Buna görə də biz yeni istiqamət olan «Get» proqramını həyata keçiririk. Həmin proqram çərçivəsində mütəxəssislər bizim şagirdlərə məsləhət verirlər, ali təhsil müəssisəsini seçməkdə, sənədləri təqdim etməkdə və hətta təqaüd əldə etməkdə onlara yardım göstərirlər. Bizim mütəxəssislərimiz özləri Avropa, Britaniya, ABŞ və s. ölkələrdə təhsil alıblar və dünyada baş verənləri çox yaxşı dərk edirlər. Onlar məhz hansı istiqamətdə hərəkət edəcəyinizə dair sizə məsləhət verə bilərlər.

- Bəs, «Get» proqramı üzrə xarici təhsil müəssisələrinə daxil olan tələbələr hansı üstünlüklər əldə edirlər?

Demək olar ki, yarım il ərzində bizim proqram üzrə xarici təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin hesabına 250000 dollardan çox vəsaitə qənaət etmişik: bizim mütəxəssislərimiz məhz hansı ali təhsil müəssisələrində və necə endirim əldə etməyi və necə qənaət etməyi bilirlər. Yeri gəlmişkən, bizdə ilk konsultasiya pulsuzdur. Daha sonra biz ali təhsil müəssisəsini seçməkdə, bütün sənədləri toplamaqda tələbəyə kömək edirik və hətta xasiyyətnamə də yazırıq və ən əlverişli şərtləri axtarıb-tapırıq. Yəni bizim mərkəzin xidmətləri üçün ödəniş etməklə tələbə daha çox qənaət edir.

Biz çox sayda xarici ali təhsil müəssisəsi ilə əməkdaşlıq edirik və onlar bizim tələbələrə xüsusi şərtlər təklif edirlər. Çox vaxt xarici universitetlər məhz tərəfdaş təşkilatlar vasitəsilə işləyirlər. Əgər tələbələr bizim tərəfdaş universitetlərimiz (onların sayı bütün dünyada 200-dən çoxdur) vasitəsilə ali təhsil müəssisəsinə daxil olurlarsa, xidmətlərə görə minimal ödəniş edirlər. Bu həm də universitetlərə qəbul olunmaq üçün yüksək şansı da təmin edir.

- «Proforientator» və «Yaaay!» layihələrinin əhəmiyyəti nədən ibarətdir?

- Bu 4 il ərzində «Dərs Evi»ndən 18000-ə yaxın şagird keçib. Biz onlar üçün seminarlar, treninqlər, ustad dərsləri təşkil etmişik və bir çoxları bu tədbirlərə  valideynləri ilə gəlmişlər. Çox vaxt biz müşahidə edirdik ki, bu və ya digər şagird gələcək peşəsini ya valideynin təzyiqi ilə, ya da ali təhsil müəssisəsinin və ya fakültənin nüfuzlu olmasına görə seçir. Bu isə o deməkdir ki, uşaq öz qəlbinin səsinə qulaq asmayıb və öz müqəddəratını özü təyin etməyib. Buna görə də biz «Proforientator» layihəsinə başladıq. Şagirdlər testdən keçirlər və həmin test onların biliklərindən çox, qabiliyyət və istəklərini qiymətləndirir. Testin nəticələrinə əsasən, bizim məsləhətçi-psixoloqlarımız şagirdə üç ixtisas qrupu təklif edirlər və şagird onların arasından öz istədiyini seçir.

Bir dəfə peşə yönümü üçün bir gənc müraciət etmişdi. Onun 21 yaşı var idi və ali təhsil almamışdı, ancaq valideynləri israr edirdilər ki, gərək o, ali təhsil müəssisəsinə qəbul olunsun. Testin nəticəsinə görə məlum oldu ki, ona avtomexanika peşəsi daha uyğundur. Həqiqətən də, o, maşınları çox sevirdi və həmin vaxt avtoservisdə işləyirdi. Orada ona ən çətin işləri tapşırırdılar, çünki işin öhdəsindən hamıdan yaxşı gəlirdi. Nəticədə, bizim testimiz onun seçdiyi bu yolun doğru olduğuna dair həm onu, həm də valideynlərini inandıra bildi. Hazırda həmin gənc öz avtoservisini açmaq üçün pul yığır və xoşbəxtdir. O, öz seçdiyi yol ilə irəlilədi, ancaq bir çoxları valideynlərinin və cəmiyyətin təzyiqi ilə sınırlar, bəziləri isə heç öz seçimləri barəsində düşünməyə belə, vaxt tapmırlar.

Şagirdlərimizin gələcək peşə seçimini asanlaşdırmaq üçün, keçən il biz «Yaaay!» yay məktəbini açdıq. Bu məktəb imkan verir ki, gələcəyin tələbəsi bəyəndiyi peşəni təcrübədə sınaqdan keçirsin. Hazırda «Yaaay!» proqramından artıq 170 şagird keçib və bu proqram münasib peşələri sınaqdan keçirməkdə, öyrənməkdə və hətta seçməkdə onlara yardım edib.

- «Dərs Evi»nin şagirdləri ən çox hansı dərsi mənimsəməlidirlər?

- Bizim cəmiyyətimiz hələ ki bacarığa deyil, biliyə yönəlib. Əslində isə müəllimin şagirdə aşılamalı olduğu ən vacib keyfiyyət bütün həyatı boyunca öyrənmək, araşdırmaq, yeni informasiyalar əldə etmək və düzgün nəticə çıxarmaq bacarığıdır. Müasir dövr tələb edir ki, insanlar dayanmadan yeni nə isə öyrənsinlər. Alimlərin proqnozlarına görə, 2016-cı ildən 2021-ci ilə qədər dünyada edilən kəşflərin sayı son 200 il ərzində edilmiş kəşflərdən çox olacaq.

Bu isə həyatın sürətindən xəbər verir və biz də bu sürətlə ayaqlaşmağa çalışırıq. Şagirdlərimizin inkişafına yardım edirik və bununla bərabər özümüz də inkişaf edirik.

Yeri gəlmişkən, tezliklə bizim «Nəriman Nərimanov» metrostansiyası yaxınlığında (Təbriz k., 85 D) yeni filialımız açılacaq. Orada abituriyentlər üçün hazırlıq kursları, IELTS və SAT proqramları üzrə kurslar və «Get» proqramı üzrə xarici universitetlərə qəbul olunmaq istəyənlər üçün konsultasiya olacaq. Yeni filialda təhsil almaq üçün indi qeydiyyatdan keçəcək abituriyentlər bütün bir ay ərzində pulsuz məşğul olacaqlar. Bu, yeni şagirdlərə bizim hədiyyəmizdir!

Instagram: https://www.instagram.com/dersevi/

Facebook: https://www.facebook.com/derseviazerbaycan/

Veb-sayt: www.dersevi.az

 

Paylaş:
4972

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər