“Neftçi” səfərdən qələbə ilə dönür, “Qəbələ” evdə uduzdu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” səfərdən qələbə ilə dönür, “Qəbələ” evdə uduzdu – VİDEO

09:47 - 26 / 07 / 2019
“Neftçi” səfərdən qələbə ilə dönür, “Qəbələ” evdə uduzdu – VİDEO

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

1news.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edən “Qəbələ” və “Neftçi” komandaları da meydana çıxıb.

Doğma azarkeşlər önündə Gürcüstanın paytaxtını təmsil edən “Dinamo” klubunu qəbul edən “Qəbələ” meydanı məğlub tərk edib. Qonaqlar komandamızın qapısından iki cavabsız top keçirərək cavab qarşılaşması öncəsi böyük üstünlük əldə ediblər.

Komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

“Neftçi” isə səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. Roberto Bordinin komandası Avropa kuboklarında debüt oyununa çıxan Tula təmsilçisinə minimal hesabla qalib gəlib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.

25 iyul

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

19:00. “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Tiflis, Gürcüstan) - 0:2 
Qol:
 Levani Kutalia, 41, Arfanq Daffe, 87 
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Qəbələ şəhər stadionu

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan) - 0:1
Qol:
 Dario Federiko, 45+1
Baş hakim: Enea Yorci (Albaniya) 
Tula (Rusiya), "Arsenal" mərkəzi stadionu.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər