Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək – FOTO

13:24 - 29 / 07 / 2019
Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək – FOTO

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.

Heydər Əliyev Mərkəzindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün AAF ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar.

Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.

S.Xankişiyeva

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər