“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb – FOTO

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində təşkil olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində yekunlaşıb.
Təhsil Nazirliyindən 1news.az-a bildiriblər ki, tədbirdə layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın Şamaxı filialının nümayəndələri, rayon təhsil şöbəsinin rəhbərliyi iştirak ediblər.
Bildirilib ki, “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artmasına şərait yaratmaq və onlara Nəsimi yaradıcılığını tanıtmaqdır.
Yay məktəbinin sonuncu günündə Şamaxı rayonunun Mərzəndiyə, Göylər 1 nömrəli, Qaravəlli, Nüydü, Qızmeydan, Dəmirçi, Məlhəm, Meysəri, Muğanlı, Saqiyan, Ovuclu, Mədrəsə, Çaylı kənd tam orta məktəbləri, İnternat liseyi, 6 nömrəli tam orta, İnşaatçı, Şəhriyar, Sabir qəsəbə məktəblərinin 6-9-cu sinif şagirdləri iştirak ediblər. Şagirdlər üçün “Xəyal et və yarat”, “Sabahı düşün”, “Gələcəyə addımla”, “Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub. Tədbirin yekun mərasimində, həmçinin yay məktəbinin iştirakçı, təlimçi və könüllü heyəti təltif edilib.
İyulun 23-dən 29-dək davam edən "Təhsil Avtobusu – Nəsimi" Yay Məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Yay Məktəbi çərçivəsində bu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edirlər.
“Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, Bakcell, Paşa Həyat Sığorta və Optimal şirkətlərinin dəstəyi, Vitam Reklam, Şərq-Qərb ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, BD Kids, Code Tusi şirkəti, SABAH qrupları, Sabah Futbol Klubu, Şəhanə online mağazasının tərəfdaşlığı ilə İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, Edumap Təhsil portal, Fam Tram media və informasiya tərəfdaşlığı ilə keçiriləcək.
Yay Məktəbində Şamaxı Mərzəndiyə, Göylər 1 saylı, Qaravəlli, Nüydü, Qızmeydan, Dəmirçi, Məlhəm, Meysəri, Muğanlı, Saqiyan, Ovuclu, Mədrəsə, Çaylı kənd tam orta məktəbləri, TT İnternat liseyi, 6 saylı tam orta, İnşaatçı, Şəhriyar, Sabir qəsəbə məktəblərinin orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
Tədbirin bağlanış mərasimi Şamaxı şəhəri İmadəddin Nəsimi heykəlinin qarşısında keçirilib və iştirakçı, təlimçi və könüllü heyəti təltif olunub.
"Təhsil Avtobusu – Nəsimi" Yay Məktəbi 5 bölgəyə səyahət edərək 200-ə yaxın şagirdi əhatə edib və 50-ə yaxın akademik saat üzrə təlim, tədris proqramı həyata keçirilib.
S.Xankişiyeva