Zaqatalada məmur oğlu həbs edildi: söyüşə görə | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada məmur oğlu həbs edildi: söyüşə görə

09:55 - 30 / 07 / 2019
Zaqatalada məmur oğlu həbs edildi: söyüşə görə

Zaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, S.Hüseynov "Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.

S.Xankişiyeva

 

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər