İstanbul-Bakı reysi 12 saat gecikib: təyyarənin pəncərəsi sındığı üçün – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İstanbul-Bakı reysi 12 saat gecikib: təyyarənin pəncərəsi sındığı üçün – FOTO

10:40 - 31 / 07 / 2019
İstanbul-Bakı reysi 12 saat gecikib: təyyarənin pəncərəsi sındığı üçün – FOTO

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, buna səbəb təyyarənin pəncərəsinin sınması olub.

Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a faktı təsdiq edib.

Xatırladaq ki, “J2 076” reysi üzrə uçuşlar “Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir.

S.Xankişiyeva

Paylaş:
1489

Son xəbərlər

Bütün xəbərlər