Ronalduya “Əfsanə” mükafatı verildi - FOTO | 1news.az | Xəbərlər
Futbol

Ronalduya “Əfsanə” mükafatı verildi - FOTO

12:49 - 31 / 07 / 2019
Ronalduya “Əfsanə” mükafatı verildi - FOTO

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu İspaniyada mükafatlandırılıb.

1news.az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu "Marca" qəzetinin təsis etdiyi "Əfsanə" mükafatına layiq görülüb. Bu mükafat idmançının karyerası zamanı ümumi nəaliyyətlərinə görə verilir.

Mükafatlandırma mərasimində 34 yaşlı oyunçunun agenti Jorje Mendeş və sabiq klubu "Real"ın prezidenti Florentino Peres də iştrak edib. Tədbirdə klub rəhbərinin Ronaldu ilə qucaqlaşması da diqqətdən yayınmayıb.

Mərasim zamanı Ronaldu deyib: "Bu mükafatı muzeyimə fəxrlə qoyacağam. Madrid mənim üçün xüsusi şəhərdir. Mən çoxlu səyahət edirəm, amma bu cür şəhər dünyada azdır. Mükafatı əsasən, Real-dakı çıxışım sayəsində qazandım. Bu, ispan mükafatıdır. Buna layiq görülmək mənim üçün şərəfdir. Bunu əldə etmək üçün mənə kömək edən hər kəsə təşəkkür edirəm. Tezliklə Madridə qayıdacağıma ümid edirəm".

Qeyd edək ki, "Marca" bu mükafatı 1997-ci ildən verir. Daha əvvəl onu Lionel Messi, Dieqo Maradona, Maykl Felps, Mixael Şumaxer, Maykl Cordan, Pau Qazol və başqaları qazanıb.

1news.az 

Paylaş:
639

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər