“Qarabağ”a arzuolunmaz rəqib düşdü – “Ayaks”... | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”a arzuolunmaz rəqib düşdü – “Ayaks”...

15:02 - 05 / 08 / 2019
“Qarabağ”a arzuolunmaz rəqib düşdü – “Ayaks”...

Bu gün Çempionlar Liqasında  pley-off mərhələsinin püşkü atılıb. 

1news.az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - "Qarabağ" cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib. 

Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi  PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq. "Qarabağ" APOEL-i keçsə, pley-offdakı il oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan) /PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)

1news.az

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər