“Neftçi”dən əzmkar heç-heçə - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”dən əzmkar heç-heçə - VİDEO

10:30 - 09 / 08 / 2019
“Neftçi”dən əzmkar heç-heçə - VİDEO

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir. 

1news.az-ın məlumatına görə, yeganə təmsiçimiz  “Neftçi” də növbəti matçına çıxıb. Roberto Bordinin komandası doğma meydanda İsrailin “Bney Yehuda” klubunu qəbul edib.

Görüşdə hesabı qonaqlar açıblar. Tambi 26-cı dəqiqədə komandasını irəli çıxarıb. Qadir bundan on dəqiqə sonra hesab arasındakı fərqi iki topa çatdırıb. İlk hissənin başa çatmasına iki dəqiqə qalmış “Neftçi”nin oyunçusu Monroz fərqi minimuma endirib. 90+7-ci dəqiqədə isə Namiq Ələsgərov “Neftçi”nin bərabərlik qolunu vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 15-də İsraildə olacaq. Bu mərhələni keçən tərəf, pley-offda “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.

8 avqust

Avropa Liqası

III təsnifat mərhələsinin ilk oyunu

21:00. “Neftçi” – “Bney Yehuda” - 2:2

Qol: Tambi, 26 (0:1), Qadir, 36 (0:2), Stiven Monroz, 43 (1:2), Namiq Ələsgərov, 90+7 (2:2)
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
Bakı. “Bakcell Arena”.

1news.az

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər