Zakir Həsənov Rusiyaya gedir | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Rusiyaya gedir

13:23 - 16 / 08 / 2019
Zakir Həsənov Rusiyaya gedir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Z.Həsənov həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.

Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər