Bakıda oğurlanan bacı-qardaş Bərdədə tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən bacı-qardaş Bərdə rayonunda tapılıb.
1news.az xəbər verir ki, polis əməkdaşları azyaşlıları qohumlarına təhvil veriblər.
Uşaqların anası Çiçək Abbasova bildirib ki, övladları Bərdə rayonu ərazisində tapılıblar: “Uşaqları evimdə qonaq etdiyim Gözəl adlı xanım oğurlayıb. Hal-hazırda uşaqlar Bərdədədir. Bərdədə qohumlarım var orada qalacaqlar. Mən də indi Bakıdan çıxıb Bərdəyə gedirəm”.
APA
13:54
Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və itkin düşüblər.
1news.az xəbər verir ki, uşaqların anası Çiçək Aslanova övladlarının oğurlandığını bildirib:
"Mənim öz günahıma görə, övladlarımı oğurlayıblar. Deməli işlədiyim kafeyə bir qadın gəldi ki, acam. Yanında övladı da var idi.Dedi ki, Bərdə rayonundanam.Həyat yoldaşım rəhmətə gedəndən sonra qardaşlarım məndən imtina edib.Yemək verdim.Dedim arada gəlin evimdə çimin.Bunu gətirdim evimə yemək verdim.Axşam yatdıq.Səhər oyananda gördüm həmin qadının övladı yatır.Ürəyim gəlmədi oyadım.Sonra qadına dedim ki, mən işə gedirəm, axşam gələcəm. Ona dedim ki, övladı oyananda yemək yeyib çıxıb gedərlər.Sonra mən işlədiyim kafeyə getdim.Sonra narahat olduğum üçün yaxında qalan tanışıma dedim ki, gedib evimə baxsın. Həmin tanışım evimə gedəndən sonra dedi ki, həmin qadın kirayə qaldığım evdən uşaqlarımı oğurlayıb.Onun uşaqlarımı necə aparması kameralara düşüb. Polisdə həmin görüntülər var.Araşdırma aparılır."
Unikal.org