İstirahət günü üçün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günü üçün hava proqnozu açıqlanıb

12:55 - 16 / 08 / 2019
İstirahət günü üçün hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında avqustun 17-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən xəbərə görə, mülayim cənub–şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 17-də havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq rayonlarda qısamüddətli şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.

S.Xankişiyeva

 

Paylaş:
485

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər