Təmas xəttində növbəti monitorinq keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Təmas xəttində növbəti monitorinq keçiriləcək

11:48 - 20 / 08 / 2019
Təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 21-də Göygöl rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

S.Xankişiyeva

Paylaş:
385

Son xəbərlər

Baş prokurordan yeni təyinat

07 / 02 / 2026, 15:08
Bütün xəbərlər