Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə cəza müəyyənləşib | 1news.az | Xəbərlər
Rəsmi

Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə cəza müəyyənləşib

10:25 - 22 / 08 / 2019
Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə cəza müəyyənləşib

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sənədə əsasən Məcəllənin 471-ci maddəsi aşağıdakı redaksiyada verilir:

"Maddə 471. Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi

Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir".

S.Xankişiyeva

 

Paylaş:
537

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər