Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib

16:53 - 26 / 08 / 2019
Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib.

1news.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Mehriban Arif qızı. Ad gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində Sizin səylərinizi yüksək qiymətləndirir. Sizin ictimai və mədəni-humanitar əlaqələrin inkişafına böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm, çünki məhz bunun sayəsində ikitərəfli qarşılıqlı fəaliyyət konstruktiv məcrada inkişaf edir.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük potensialı var. Bunu bizim bu yaxınlarda Bakıda keçirdiyimiz görüşlər və danışıqlar da təsdiq edib. Fəal parlamentlərarası dialoq aparılır, regionlararası əməkdaşlıq möhkəmlənir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yeni birgə təşəbbüslər və layihələrlə zənginləşəcək.

Sizə səmimi qəlbdən cansağlığı, rifah və ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsi işində uğurlar, ailənizə isə xoşbəxtlik və firavanlıq arzulayıram".

1news.az

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər