Separatçıların acı “xoşbəxtliyi”: bilinmir güləsən, ya ağlayasan – FOTO

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş şəhəri Xankəndidə “müqəddəs avropalı parlamentari” Martin Zonnebornun ikinci səfəri əsl “toy-bayrama” çevrilib.
Ciddi desək, M.Zonneborn 2004-cü ildə “Heyvanların əməyi, hüququ, rifahı, elit inkişafı və demokratik təşəbbüsü partiyasını” (Partei für Arbeit, Rechtsstaat, Tierschutz, Elitenförderung und basisdemokratische Initiative; Die PARTEI) yaradan əsl təlxəkdir (bu, təhqir deyil, onun əsas fəaliyyət növüdür). Yenə o, avqustda ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfər etmək qərarına gəlir. Görünür, Berlin divarını yenidən bərpa etməyi, Almaniyadan xarici turistləri qovmağı təklif edən təlxəkdə məhz bu vaxt payız psixosomatik kəskinləşməsi baş qaldırır.
Adekvat müşahidələr nöqteyi-nəzərindən burada bir məqam diqqəti çəkir: bu səfəri təşkil etmiş Brüsseldə əsas erməni lobbiçi Kaspar Karampetyan rəhbərlik etdiyi “Avropa Ermənistan Ədalət və Demokratiya Federasiyası” (European Armenian Federation for Justice and Democracy – EAFJD) təşkilatının fürsətlərindən istifadə etdi.
Burada qeyd etmək yerinə düşər ki, son illər köhnə dünyanın siyasi məkanında maraqlı tendensiya müşahidə olunur. Milli parlament seçkilərində səs toplaya bilməyən müxtəlif təlxək və populistlər bələdiyyə seçkilərində iştirak edərək Avropa Parlamentinə özünü soxuşdurur. Beləcə, “zonneborn kimilər” özlərini Avropa parlamentarisi adlandırır. Ədalət naminə deyək ki, bu qurumun 751 üzvündən çox az hissəsini əsl siyasətçi, “müstəqil” deputat adlandırmaq olar.
Lakin bu cür avropalı marjinalın səfəri Ermənistanın qanunsuz rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərasizi olan Qarabağda böyük nailiyyət hesab olunur. Onlar bu haqda çox xoşbəxtdirlər, bunu sosial şəbəkələrdə də bəyan edirlər. Satirik truppa Die PARTEI-inin üzvləri də bu hadisədən çox şaddırlar.
Bütün bunlara əlavə olaraq, marionet rejimin bayrağı və ortaya qəbirüstü çələngin üzərinə təlxəklərin bayrağı da sərilib. Layiqli qarşılaşmadır.
Lakin bu hərəkətin nəticəsi çox ciddidir. Belə ki, M.Zonnebornun Xankəndiyə qanunsuz səfər etdiyinə görə adı bir il öncə Azərbaycan XİN-in qara siyahısına salınıb.
Bununla da EAFJD bu və ya digər ağlı başında siyasətçilərin erməni ekspansionizm qurbangahına inandırmaq üçün gücsüzlüyünü bir daha etiraf etdi. Və Bako Saakyana göz yaşlarının ardından onların səviyyəsinə qədər enmiş istənilən yolunu azmış xarici kənar şəxslərə sevinmək qaldı.
Tərcümə: S.Xankişiyeva