Azərbaycan Ordusunun sualtı atəş açan avtomatı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun sualtı atəş açan avtomatı

09:11 - 28 / 08 / 2019
Azərbaycan Ordusunun sualtı atəş açan avtomatı

Azərbaycan Dövlət Sərhəd Xidməti Bakıda keçirilən hərbi sərgidə sualtı atəş açan avtomat silahını nümayiş etdirib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, AKS tipli silah Rusiya istehsalıdır. 5,66 mm çaplı avtomatın çəkisi 3,14 kiloqramdır. Silahın darağı 26 güllə tutur, patronları digər silah növlərinin patronlarından fərqli və uzundur.

Silah suyun altında 11 metr dərinlikdə 40 metrə qədər, 20 metr dərinlikdə 20 metrə qədər, 40 metr dərinlikdə isə 11 metrlik məsafədə hədəfi məhv edə bilir. Quruda isə 30 metrlik məsafədə düşməni öldürə bilir.

Silah Azərbaycan Dövlət Sərhəd Xidmətinin istifadəsindədir.

S.Xankişiyeva

 

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər