XİN: İsrail dronlarının Azərbaycana gətirilməsi dezinformasiyadır | 1news.az | Xəbərlər
Siyasət

XİN: İsrail dronlarının Azərbaycana gətirilməsi dezinformasiyadır

15:27 - 30 / 08 / 2019
XİN: İsrail dronlarının  Azərbaycana gətirilməsi dezinformasiyadır

Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayevanın şərhində deyilir.

“Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”, deyə XİN rəsmisi əlavə edib.

P.S.

 

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər