NeoKids Preschool – Bakıda yeni nəsil ilk ikidilli uşaq bağçası – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

NeoKids Preschool – Bakıda yeni nəsil ilk ikidilli uşaq bağçası – FOTO – VİDEO

11:00 - 02 / 09 / 2019
NeoKids Preschool – Bakıda yeni nəsil ilk ikidilli uşaq bağçası – FOTO – VİDEO

NeoKids Preschool yeni nəsil uşaq bağçası Azərbaycanın paytaxtında, Azadlıq prospekti, 154 (Karl Marksın dairəsi) ünvanında yerləşir.

Bakıda uşaq bağçası seçmək valideynlər üçün həmişə çox çətin olur, çünki burada uşaqlar valideynlərinin olmadığı zaman yalnız vaxt keçirməklə deyil, həm də hərtərəfli inkişaf etməlidirlər. Bu səbəbdən, razılaşın ki, özündə məhz bu iki mühüm və zəruri amili birləşdirən bir yer tapmaq elə də asan iş deyil. Onu da əlavə edək ki, Bakının bir çox uşaq bağçaları hələ də sovet dövrünün məşğələ sistemi ilə işləyir və günün tələblərini nəzərə alınmır. Bu da məktəbəqədər təhsil müəssisəsinin axtarışını və seçimini daha da mürəkkəbləşdirir.

Beləliklə, NeoKids Preschool adlı yeni nəsil ilk ikidilli uşaq bağçasının açılışına qədər belə də davam edirdi və bağçanın adından da bəlli olur ki, bu, sadəcə bağça deyil, birmənalı şəkildə övladınızın təhsilində və hərtərəfli şəxsi inkişafında böyük təkan verəcək məktəbəqədər tədris ocağıdır.

Bakıda uşaq bağçasının seçimində niyə məhz NeoKids Preschool üzərində dayanmaq barədə daha ətraflı məlumata nəzər salın.

Ən əsas və başlıca üstünlüklərindən biri ondan ibarətdir ki, NeoKids Preschool fəal tədris və effektiv məktəbəqədər təhsili təşviq edən unikal məhsul və xidmətlər paketini təklif edən International Preschool Curriculum (IPC) Beynəlxalq Proqramının rəsmi sertifikatlaşdırılmış üzvüdür. Bu gün IPC Azərbaycanda məhz NeoKids Preschool-da mümkün olan, məktəbəqədər təhsil sahəsində dünyaca tanınmış ekspertdir.

IPC tədris planı, şagirdlərdə dil bacarıqları, sosial bacarıqlar, riyazi bacarıqlar, yaradıcılıq qabiliyyətləri, elmi yanaşma və motorika kimi qabiliyyətlərin inkişafına yönələn 6 fənlərarası tədris sahələrini əhatə edən 56 tematik bölmədən ibarətdir.

Digər mühüm üstünlüklərdən biri isə IPC beynəlxalq metodikası üzrə bütün qruplar üçün (tədrisin yarım günü rus və ya Azərbaycan dilində, yarım günü isə ingilis dilində) bilinqval (ikidilli) proqramıdır. Ətraf aləmin ünsiyyət və qavranılmasının bilinqval üsulu övladınıza gələcəkdə linqvistik nailiyyətlər baxımından sinif yoldaşlarını qabaqlamağa imkan verəcək. Bundan əlavə, xarici dilin erkən öyrənilməsi uşağın ümumi inkişafına müsbət təsir göstərir. Müasir insan üçün ingilis dili hava kimi lazımdır, gəlin razılaşaq ki, indiki dövrdə yalnız bir dili bilmək  insana çətinlik yaradır. Neokids Preschool ilk öncə yüksək peşəkarlıqla uşaqlarınızı multidilli dünyada yaşamağa hazırlayacaq.

Bazarda ən yüksək ixtisaslı kadrlardan biridir. Bu, boş sözlər deyil, faktdır, çünki məktəbəqədər təhsil sahəsində ən yaxşı müəllim və tərbiyəçilərdən ibarət işçi heyəti bu gün məhz NeoKids Preschool-da qərarlaşıb. Hər bir uşağa peşəkar fərdi yanaşma həyata keçirilir və uşaqların intellektual və yaradıcı qabiliyyətlərinin və bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir, onlara maksimum xoş münasibət göstərilir. Qeyd edək ki, IPC standartlarına uyğun olaraq, hər yaş qrupunda maksimum 16 uşaq olur. NeoKids Preschool-a 18 ayından – 7 yaşına qədər uşaqlar qəbul edilir.

NeoKids Preschool – preschool-təlimin Beynəlxalq Standartları üzrə layihələndirilmiş 3300 kvadratmetrlik sahədir. Bu məktəbəqədər müəssisənin eksteryeri və interyerində parlaq rənglərdən istifadə edilib və ən son müasir texnika ilə təchiz edilib. Daha bir mühüm məqamı nəzərinizə çatdıraq ki, uşaq bağçasında hökm sürən gözəllik, sevinc, rahatlıq, komfort və ən əsası təhlükəsizlik mükəmməl bir vəhdət təşkil edir. Uşaqların hər bir qrupunun yataq otağı, oyun və tədris otaqları, mətbəx, tualet, duş otağı daxil olan geniş məkanı vardır. Daha bir vacib məqamı da vurğulamaq istərdik ki, valideynlər mobil proqram vasitəsilə online rejimində həm öz uşaqlarının, həm də müəllimlərin fəaliyyətlərini izləyə biləcəklər.

Hər birimizin, xüsusilə də uşaqların, dadlı və sağlam yeməklərə ehtiyacı var. Valideynlər uşaq bağçasını seçərkən keyfiyyətli qidaya xüsusi diqqət yetirirlər. Xüsusi uşaq menyusunu hazırlayan aşpazlar komandası bu əhəmiyyətli “dadlı” fakta xüsusi diqqət yetirmişdir – sizin uşaqlarınız NeoKids Preschool-da gündə 5 dəfə balanslaşdırılmış hipoalerqen qidanı qəbul edəcəklər.

Uşaq bağçasının “Gələcəyə bizimlə sərmayə qoyun!” şüarı bildirir ki, uşaqlar bizim gələcəyimizdir və buna görə də valideynlər uşaqlarının gələcəyə  nə əldə edəcəklərinə görə şəxsi məsuliyyətin əhəmiyyətini anlamalıdırlar. Təhsil və bilik - təməldir və bunu heç vaxt unutmaq olmaz. Yüksək ixtisaslı NeoKids Preschool komandasına etibar etməklə siz, gələcəkdə heç zaman peşman olmayacaqsınız. NeoKids Preschool-da təhsil almaq sizin uşağınızın gələcəyinə, eləcə də öz gələcəyinizə mükəmməl və ən yaxşı sərmayədir.

Xüsusi olaraq vurğulayaq ki, sentyabrın 16-na qədər NeoKids Preschool-da xüsusi ENDİRİM AKSİYASI qüvvədədir. Qeyd edək ki, siz növbəti link vasitəsilə uşaq bağçasına qəbul formasını doldura bilərsiniz, bundan sonra administrasiya sizinlə əlaqə saxlayacaq və sonrakı prosesləri müzakirə edəcək. Həmçinin qeyd edək ki, üzgüçülük daxil olmaqla həkim, psixoloq və loqoped müşahidəsi, həmçinin 7 kurs və əlavə məşğələlər (rəqslər, robotexnika, şahmat və s.) aylıq təhsil haqqına daxil edilib.

Uşaq bağçasının iş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 08:00-dan 20:00-dək təşkil edir. 

Uşaq bağçası haqqında bütün məlumatları +994(50) 800-66-55 əlaqə nömrəsindən, həmçinin @neokids.az səhifəsinə abunə olaraq Instagram sosial şəbəkəsindən əldə edə bilərsiniz.

Elektron poçt ünvanı [email protected]

Reklam hüququnda

Paylaş:
11501

Son xəbərlər

Bütün xəbərlər