Nazir yeni tədris ilində ilk dərslərlə bağlı ƏMR imzalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir yeni tədris ilində ilk dərslərlə bağlı ƏMR imzalayıb

13:34 - 03 / 09 / 2019
Nazir yeni tədris ilində ilk dərslərlə bağlı ƏMR imzalayıb

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq” mövzusuna həsr ediləcək.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.

1news.az  

 

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər