Meksikalı pianoçu Bakıda çıxış edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksikalı pianoçu Bakıda çıxış edib

16:06 - 03 / 09 / 2019
Meksikalı pianoçu Bakıda çıxış edib

Sentyabrın 2-də meksikalı pianoçu Xesus Lepe Riko Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edib.

1news.az-a Meksikanın Bakıdakı səfirliyindən verilən məlumata görə, tamaşaçılar maestro Xesus Lepenin mahir ifasında Bax, Bethoven və Şopen kimi məhşur bəstəkarların əsərləri, eyni zamanda Rikardo Kastro və Belisario de Xesus Qarsiya de la Qarza kimi dünya şöhrətli görkəmli meksikalı bəstəkarlarının əsərlərini dinləməkdən böyük zövq alıblar.

Publika özündə bayram ilə klassik abu-havanı cəmləşdirən mühiti yaratdığı üçün maestroya minnətdarlıq ifadə edilib. Maestro Lepe Riko, öz növbəsində, yenidən Bakıda olmaq və azərbaycanlı publika ilə öz sənətini bölüşməkdən məmnun olduğunu bildirib.

Xesus Lepe Riko Tamaulipas ştatının Tampiko şəhərində dünyaya göz açıb. Musiqi təhsili Tamaulipas Muxtar Universiteti və Verakruz Universitetində alıb. Bir sıra milli mükafatlara layiq görülüb: Tamaulipas ştatında 2012-ci ilin artisti, dəfələrlə Verakruz Universiteti və Gənc Musiqiçilərin Beynəlxalq İnstitutunun təqaüdçüsü olub.

Meksikanın bir çox səhnələrində solist ifaçı kimi çıxış edib. Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur. Bundan əlavə, 2011-ci ildən bu günə kimi Verakruz ştatının Papantla de Olarte “Lazara Meldiu” Bələdiyyə Mədəniyyət Evinin piano sinfinin rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, maestro Lepenin növbəti konsertləri sentyabrın 6-da Qəbələ şəhərində və sentyabrın 11-də Sumqayıt şəhərində keçiriləcəkdir.

1news.az  

 

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər