Tural Gəncəliyev “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb – FOTO   | 1news.az | Xəbərlər
Cəmiyyət

Tural Gəncəliyev “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb – FOTO  

17:16 - 03 / 09 / 2019
Tural Gəncəliyev “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb – FOTO  

Sentyabrın 2-də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyevlə görüş keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, qalib gəncləri təbrik edən və yeni təhsil həyatlarında onlara uğurlar arzulayan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev görüşdə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətlərini diqqətə çatdırıb:

“Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşüb. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərimizin üzərinə məsuliyyətli vəzifə düşür”.

S.Xankişiyeva

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər