Fransa səfirinin diplomatik fəaliyyəti başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Fransa səfirinin diplomatik fəaliyyəti başa çatıb

09:40 - 04 / 09 / 2019
Fransa səfirinin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşezi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

1news.az XİN-ə istinadla xəbər verir ki, səfir Aurelia Buşez diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi, bölgənin aparıcı ölkəsi olan Azərbaycanın Fransanın regiondakı əsas tərəfdaş ölkəsi olduğunu vurğuladı. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və bağlılıq layihələrinin əhəmiyyəti qeyd olundu.

Səfir Aurelia Buşez  Azərbaycan Respublikasının Prezidentinin ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ənənəvi neft sənayesi ölkəsindən artıq qeyri-neft sektorunun inkişaf etdiyi  ölkəyə çevrildiyini bildirdi.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd etdi və son zamanlar baş tutan qarşılıqlı səfərlər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirdi. Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin  səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğuladı.

Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasət, iqtisadiyyat, mədəniyyət, elm-təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə etdi.

Nazir Elmar Məmmədyarov səfir xanım Aurelia Buşezə gələcək fəaliyyətində uğurlar arzu etdi.

1news.az

 

 

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər