Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirilib

12:02 - 04 / 09 / 2019
Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirilib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster aparıblar.

1news.az 

Paylaş:
255

Son xəbərlər

Bütün xəbərlər