Siyavuş Novruzov: Müxalifət nə ağac əkir, nə qan verir, addımları ancaq söyüş və təhqirdən ibarətdir | 1news.az | Xəbərlər
Siyasət

Siyavuş Novruzov: Müxalifət nə ağac əkir, nə qan verir, addımları ancaq söyüş və təhqirdən ibarətdir

11:00 - 06 / 09 / 2019
Siyavuş Novruzov: Müxalifət nə ağac əkir, nə qan verir, addımları ancaq söyüş və təhqirdən ibarətdir

Məhərrəmlikdə insanlar özlərinə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə deyib.

S.Novruzov biĺdirib ki, bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkdiyi üçün qana ehtiyac duyur: "Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiyalar keçirir".

Millət vəkili insanları Aşura günündə məscidlərdə qan verməyə səsləyib: "Özünü döymək, baş yarmaq hallarına yol verməsinlər".

S.Novruzov müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib. O bildirib ki, müxalifət nə ağac əkir, nə qan verir: "Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".

S.Xankişiyeva

 

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər