Ağdamda 2 nəfər yumurtadan zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda 2 nəfər yumurtadan zəhərlənib

12:00 - 06 / 09 / 2019
Ağdamda 2 nəfər yumurtadan zəhərlənib

Ağdam rayonunda 2 nəfər qidadan zəhərlənib.

Hadisə rayonun Baharlı qəsəbəsində baş verib. Qəsəbə sakinləri 32 yaşlı Tahir Abdullayev və 10 yaşlı Camal Qasımov nahar etdikdən sonra səhhətləri pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım  əməkdaşları çağırılıb və onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, zəhərlənənlər dükandan yumurta alıb yedikdən sonra halları pisləşib. Faktla bağlı araşdırma aparılır.

Səhiyyə Nazirliyindən "Qafqazinfo”ya bildirilib ki, zəhərlənmə diaqnozu ilə Ağdam rayon Mərkəzi Xəstəxanasına gətirilən 32 yaşlı kişinin vəziyyəti yaxşıdır. 10 yaşlı uşaq isə Ağcabədi rayon Uşaq Xəstəxanasına yerləşdirilib, müalicələri davam etdirilir.

Qafqazinfo

S.Xankişiyeva

 

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər