Yağış yağacaq, külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq, külək əsəcək

13:11 - 09 / 09 / 2019
Yağış yağacaq, külək əsəcək

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a bildirilib ki, h avanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 21-26, dağlarda gecə 7-11, gündüz

12-17 dərəcə təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 10-11-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

S.Xankişiyeva

 

Paylaş:
1032

Son xəbərlər

Bütün xəbərlər