“Mezzo” qrupu Maqomayevin mahnılarını səsləndirəcək

Oktyabrın 16-da Jambıl adına Qazaxıstan Dövlət Filarmoniyasında bu ölkənin tanınmış “Mezzo” qrupunun konserti olacaq.
1news.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, “Sən mənim melodiyamsan” (Ты моя мелодия) adlı konsertdə Azərbaycanın dahi müğənnisi Müslüm Maqomayevin hamının tanıdığı və bəyəndiyi mahnılar səslənəcək.
Xatırladaq ki, “Mezzo” qrupun cari ilin aprelin 10-da Bakını ziyarət edib və filarmoniyada konsert verib. Konsert yerli auditoriyanın böyük marağa səbəb olub.
P.S.
422