Azərbaycan-Xorvatiya oyunu heç-heçə ilə yekunlaşıb – FOTO – VİDEO – YENİLƏNİB
Sentyabrın 9-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib.
1news.az-ın verdiyi xəbərə görə, millimiz “Bakcell Arena"da Xorvatiya yığmasını qəbul edib.
Millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Pavel Paşayev və Cavid Hüseynov yer alıblar.
Xorvatiya yığmasının ilk onbirliyində isə meydana Dominik Livakoviç, Borna Barişiç, İvan Perişiç, Deyan Lovren, Luka Modriç, Marselo Brozoviç, Nikola Vlasiç, Ante Rebiç, Bruno Petkoviç, Domaqoy Vida və Karlo Bartolets çıxıblar.
Matçın birinci hissəsi Xorvatiya yığmasının minimal üstünlüyü ilə yekunlaşıb-1:0. İkinci hissəyə Azərbaycan millisi daha fəal başlayıb. Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib. Komandaların səylərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.
Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və komandamız Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.
09 sentyabr
Bu gün saat 20:00-da Azərbaycan - Xorvatiya oyunu baş tutacaq.
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün saat 20:00-da, “Bakcell Arena”da Azərbaycan - Xorvatiya oyunu keçiriləcək.
CBC Sport televiziya kanalında canlı yayımlanacaq qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Scharer, köməkçiləri Stephane De Almeida, Alain Heiniger və Fedayi Sandır.
Trend
S.Xankişiyeva