Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq

10:40 - 09 / 09 / 2019
Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə 1news.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verib.

Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq: "Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".

S.Xankişiyeva

 

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər