Arda Turan həbs edildi | 1news.az | Xəbərlər
İdman

Arda Turan həbs edildi

14:21 - 11 / 09 / 2019
Arda Turan həbs edildi

Ötən il gecə klubunda müğənni Berkay Şahinin burnunu qıran və daha sonra xəstəxanaya hücum edərək silahla havaya atəş açan Arda Turanla bağlı məhkəmə qərar verib.

1news.az-ın türk mətbuata istinadla verdiyi xəbərə görə, məhkəmə Türkiyə millisinin sabiq üzvünə 3 ayrı maddə ilə 2 il 8 ay 15 gün həbs cəzası verib. Məhkəmə qərarının elan olunması başqa vaxta saxlanılıb.

Məhkəmə Arda Turana cinsi təcavüz ittihamından bəraət verib. Ona icazəsiz silah gəzdirmək, qəsdən sağlamlığa xəsarət yetirmək və ictimai yerdə silahdan atəş açmaq ittihamları ilə cəza verilib.

S.Xankişiyeva

 

 

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər