Gəncə sakininin 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlara rəsmi açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə sakininin 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlara rəsmi açıqlama

17:02 - 11 / 09 / 2019
Gəncə sakininin 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlara rəsmi açıqlama

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib edilir.

1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata əsasən, 5 aprel 2015-ci il tarixdə Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində saxlayıb dəfələrlə zorlamış, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla video çəkilişini aparmışdır.

18 aprel 2015-ci il tarixdə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədi ilə onu qətlə yetirmişlər.

Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar.

S.Xankişiyeva

 

 

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər