Fransalı deputatlar yenidən Qarabağa qanunsuz səfər ediblər

Fransa parlamentarilərindən ibarət nümayəndə heyəti sentyabrın 10-da Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər.
Bu barədə 1news.az erməni mətbuatına istinadla xəbər verir.
Səfər çərçivəsində işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin nümayəndələri ilə görüşlər planlaşdırılır.
Bu, Fransa qanunverici orqanının deputatlarının Azərbaycan tərəfinin razılığı olmadan işğal olunmuş Azərbaycan ərazilərinə ilk qanunsuz səfəri deyil. Bir sıra fransalı deputatlar Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil ediliblər.
Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına müxtəlif dövlətlərin 700-dək vətəndaşı - təxminən 160 Rusiya vətəndaşı, 70 Almaniya, 50 ABŞ, 50 İtaliya, 40 Fransa və s. daxil edilib.
P.S.