“Nargis” Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile Qazax, Gəncə və Zaqatalada uşaqları sevindirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nargis” Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile Qazax, Gəncə və Zaqatalada uşaqları sevindirib

10:00 - 12 / 09 / 2019
“Nargis” Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile Qazax, Gəncə və Zaqatalada uşaqları sevindirib

Technological Embrace layihəsi çərçivəsində təşkil edilmiş səyyar kinoteatr regionlarda ilk qonaqlarını sevindirib. Belə ki, balaca izləyicilərə oyun, rəqslər və maraqlı cizgi filmindən ibarət əyləncəli proqram təqdim edilib.

Sözü gedən bu kinoteatr uşaqlara müsbət emosiyalar bəxş edib. Belə ki, gecə maraqlı oyunlarla başlayıb ki, burada uşaqlar məharət və bacaqrılqlarını sınayıb. Ardınca qonaqları şən rəqslər sevindirib. Gecənin sonunda isə balaca izləyicilərə “Zootopia” cizgi filmi təqdim edilib. Uşaqlar xüsusi diqqətlə ekranda baş verənləri izləyərək, səmimiyyətlə qəhrəmanların başına gələn hadisələrin nə ilə bitəcəyini gözləyirdilər.   Sonda izləyicilərə Samsung tərəfindən hədiyyələr də təqdim edilmişdir. Qeyd edək ki, seyrdən və şənlikdən zövq alan uşaqlar, o ki var əylənib, yeni məktəb ilinə xoş təəssüratlar toplamışdırlar.  

Beləliklə, Cinemobile, “Nargis” Fondunun dəstəyi ilə təşkil edilmiş səyyar kinoteatrdır.  İki hissədən ibarət olan, bu kino turun ikinci mərhələsində Quba, Sabirabad və Ağdama səfər etmək planlaşdırılır. Səyyar kinoteatrı qeyd edilən regionlarda gözləyin:

Əziz uşaqlar və valideynlər,  sizlərə əla əhval ruhiyyə və müsbət emosiyalar bəxş edəcək Samsung kinoteatrına hər birinizi dəvət edirik! Ətraflı məlumatı Samsung Azərbaycanın Facebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
482

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər