Malayala musiqisinin Bakıda möhtəşəm təqdimatı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Malayala musiqisinin Bakıda möhtəşəm təqdimatı - FOTO

12:51 - 02 / 09 / 2019
Malayala musiqisinin Bakıda möhtəşəm təqdimatı - FOTO

Bakıda “Keralolsavam 2019” milli bayram çərçivəsində Hindistanın folklor qrupu konsert proqramı ilə çıxış edib.

1news.az xəbər verir ki, tədbir Bakı Malayala Assosiasiyasının təşkilatçılığı ilə reallaşdırılıb.

Çıxış edən Hindistanın Bakıdakı səfiri Bavitlunq Vanlalvavna çoxmillətli və çoxmədəniyyətli ölkəsinin zəngin irsinin bir parçası olan Malayala incəsənəti, folkloru barədə qısa məlumat verib, musiqi qrupundan söz açıb.

Milli Məclisdə Azərbaycan-Hindistan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyev də ölkələrimiz arasında hər bir sahədə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, bu müstəvidə mədəniyyət və incəsənətin xüsusi əhəmiyyət daşıdığını deyib.   

Daha sonra Kerala musiqiçilərinin ifasında xalq və klassik sənət nümunələrini özündə əxz etdirən maraqlı səhnəciklər nümayiş olunub.

Proqram boyunca 9 nömrə ilə çıxış edən qrup hind-Malayala incəsənəti barədə gözəl təəsəvür yarada bilib. Baraban və digər tipik Kerala musiqi alətlərinin ifasında təqdim edilən “Keli”dən sonra  Keralanın qədim incəsənətini özündə əks etdirən, eyni zamanda klassik hind musiqisi ilə ahəngdə olan “Kathakali” səhnəcəyi xüsusi diqqət çəkdi.

Daha sonra nağara və digər zərb alətləri ilə müşayiət olunan “Fayambaka”, Malabar bölgəsinin məşhur ritual sənət forması olan “Zeyyam”, yaşıl makiyajla və rəmgarəng geyimli Kerala rəqsi “Ottan Zullal” (Ottan Zullal, Kolam Zullal və Sarpam Zullal Keralanın ən ekzotik üçlüyüdür), eyni zamanda “Kujalpaattu”, “Aştapafi”, “Pançavaadiam” və “Çenda melam/şingaarimelam” adlı musiqi nömrələri ifa edildi.

Sonra süfrə arxasında qonaqlara Kerala milli mətbəxinin təamları təqdim olunub.

P.Sultanova

 

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər