“Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ
"Sabah" klubunun baş məşqçi postunda dəyişiklik edilib.
1news.az klubun saytına istinadən xəbər verir ki, əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub.
Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah"ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.
Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək.
İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.
1news.az