Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

09:17 - 23 / 09 / 2019
Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

Sentyabrın 22-də xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyininin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

1news.az

Paylaş:
589

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər