Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri dezinformasiyadır | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri dezinformasiyadır

15:50 - 25 / 09 / 2019
Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri dezinformasiyadır

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

Təqdim edilən fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir.

1news.az

 

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər