“Bumblebee”-də yeni tədris sistemi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bumblebee”-də yeni tədris sistemi – FOTO

11:00 - 26 / 09 / 2019
“Bumblebee”-də yeni tədris sistemi – FOTO

Qısa fasilədən sonra, sentyabr ayının sonunda “Bumblebee” öz qapılarını təhsilə fokuslanmış yeni konsepti ilə balacalar və onların valideynlərinin üzünə açacaq.

“Bumblebee”-nın Play/Preschool və Montessori Preschool kimi iki yeni bölməsi fəaliyyətə başlayacaq.

Preschool təhsil ölkəmizdə yayılmış geniş sistemdir və uşaqların məktəbəqədərki hazırlıqlarını və digər tədris fəaliyyətlərini özündə birləşdirir. Bu, uşaqların intellektual, fiziki və psixoloji inkişafında, mədəni keyfiyyətlər, müstəqillik, yaradıcılıq və təşəbbüskarlıq hissinin formalaşmasında vacib rol oynayır.

Yenilənmiş “Bumblebee” Play/Preschool 3-6 yaşlı uşaqlar və onların valideynlərini pozitiv tədris mühitində uyğun tədris sistemini araşdıraraq hazırlanmış və qavrama, sosial, emosional, fiziki keyfiyyətlərin inkişafı üçün çoxölçülü, inkişafameyilli proqramla təmin edəcək.

Montessori yanaşması 1907-ci ildən təhsil yeniliklərini müəyyənləşdirən qurumdur və müasir məktəb islahatları anlayışının ən qabaqcıl nümayəndəsidir.

“Bumblebee” Preschool və Montessori tədrisi Boğaziçi Universiteti (İstanbul) məzunları olan Soner Şimşek və İşıq Sabirli kimi beynəlxalq dərəcəli müəllimlərdən hazırlıq kursları almış, yüksək ixtisasa sahib pedaqoqlar tərəfindən verilir.

Soner Şimşek 2005-2014-cü illərdə, Boğaziçi Universitetində Təhsil Elmləri departamentində araşdırmaçı asistent kimi çalışmışdır. İstanbul Kadir Has Universitetində, Kommunikasiya fakultəsində, İctimaiyyətlə Əlaqələr bölməsində ünsiyyət üzrə dərslər keçmiş, İstanbul Kültür Universitetində Məktəbəqədər Təhsil Bölməsində isə psixologiya mühazirələri vermişdir.

Yeni “Bumblebee” Play/Preschool konsepti ilə valideynlər yarım və tam gün paketi seçmə imkanına sahib olacaqlar. Əlavə olaraq, yeni Sənət, Bişirmə, Hekayə Danışığı və Riyaziyyat, Musiqi, Etüd və Rəqs dərsləri üç müxtəlif yaş qrupu üçün təklif olunacaq.

Erkən endirimdən faydalanmaq üçün elə bugün qeydiyyatdan keçin. 15 oktyabıra qədər Preschool və Montessori bölmələrində bütün yeni üzvlər 10% endirim əldə edəcək.

“Bumblebee” 26 Noyabr 2013-cü ildə qurulmuşdur və o zamandan 3-6 yaşlı uşaqlar üçün eyni məkanda müxtəlif əyləncəli fəaliyyətlər təqdim edir. Böyüklərə də xitab edən bir mühitdə uşaqlar üçün yaradıcı və əyləncəli şərait yaradan Bumblebee komandası ziyarətinizi maksimum əyləncəli etmək üçün daim hazırdır. Dərs cədvəlləri və siniflər barədə bütün məlumatları www.bumblebee.az saytına daxil olaraq və ya  (012) 599 20 00 / (051) 559 20 00 nömrələrinə zəng edərək almaq mümkündür.

Reklam hüququnda

 

Paylaş:
812

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər