Azərbaycan Prezidenti İlham Əliyev Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İlham Əliyev Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib – FOTO – YENİLƏNİB

14:24 - 27 / 09 / 2019
Azərbaycan Prezidenti İlham Əliyev Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdılar.

Səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi: Cənab səfir, bizim başsağlığımızı qəbul edin. Prezident Şirak Azərbaycanın yaxın dostu olmuşdur. Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olmuşdur və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm.

Səfir Zakari QROS dedi: Cənab Prezident, hörmətli Birinci vitse-prezident, buraya gəlməyinizə və sözlərinizə görə Sizə təşəkkür edirəm. Prezident Makron və Fransa xalqı adından səmimi sözlərinizi və burada olmağınızı yüksək qiymətləndirdiyimizi bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, Prezident Şirak Fransada və beynəlxalq arenada birləşdirici rol oynayaraq sülhü təşviq etmiş dövlət xadimi olmuşdur. Gəlişiniz bizi təsirləndirdi, Sizə minnətdaram.

13:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

1news.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.

1news.az

Paylaş:
698

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər