Teleport TV –200 TV kanal, radio və videokluba virtual açar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Teleport TV –200 TV kanal, radio və videokluba virtual açar – FOTO

S.Xankişiyeva14:00 - 27 / 09 / 2019
Teleport TV –200 TV kanal, radio və videokluba virtual açar – FOTO

Hər kəs razılaşar ki, internet və sosial şəbəkələrin meydana çıxmasına baxmayaraq, televiziya illər əvvəl olduğu kimi, bu gün də öz aktuallığını itirməyərək hələ də sevilən və baxılandır.

Televiziya, eləcə də internet çoxdandır ki, hər birimizin həyatına əsaslı şəkildə daxil olub. Bu iki anlayış olmadan müasir insanın həyatını təsəvvür etmək mümkün deyil. Belə ki, TV və internet gündəlik həyatımızın, həmçinin asudə vaxtımızın ayrılmaz hissəsidir.

İnternet və TV Azərbaycanın texnologiya bazarında təqdim olunan yeni məhsulda – Teleport TV mobil tətbiqində həmahənglik təşkil edərək bir-birini ideal şəkildə tamamlayır.

Teleport TV-inin cəlbediciliyindən və əsas üstünlüyündən bəhs etmədən öncə qeyd edək ki, mobil tətbiqi Google PlayApple Store vasitəsilə yükləmək mümkündür.

Teleport TV – 200-dən artıq Azərbaycan və xarici telekanal və radionun daimi yayımı ilə yanaşı, ən son filmlərin seçimi ilə videoklubdur.

Mobil tətbiq hazırlanarkən əsas diqqət onun rahatlığına yönəlib. Nəticədə olduqca rahat və ultramodern interfeys ərsəyə gəlib ki, bu da çox əhəmiyyətlidir. Tətbiqin istifadəsi olduqca sadə və asandır. Teleport TV-nin istifadəsinə başlamaq sadəcə bir neçə dəqiqənizi alacaq. Əvvəlcə Teleport.az saytı vasitəsilə qeydiyyatdan keçməyiniz lazımdır. Bundan sonra şəxsi login və parol əldə edirsiniz.

Əvvəlcə istifadəçilərə mobil tətbiqi 7 günlük test rejimində yoxlamaq imkanı verilir. Bu da Teleport TV-nin sizə uyğun olub-olmadığını müəyyən etmək üçün kifayətdir. Daha sonra isə uyğun olan abunəni seçə bilərsiniz.

Hamı üçün əlçatanlıq – məhz bu, mobil tətbiqdə seçim etmək üçün əsas faktorlardan biridir. Bir aylıq abunə 5 AZN təşkil edir. Əgər 6 aylıq və ya illik paket seçəsəniz, o zaman büdcənizə əhəmiyyətli dərəcədə qənaət etmiş olarsınız. Belə ki, Teleport TV-yə 6 aylıq abunə haqqı 24 AZN, 12 aylıq paket isə 36 AZN təşkil edir.

Tətbiqə daxil olmaq imkanı əldə etdikdən sonra dərhal bir neçə cihazda – istər planşet, istərsə də mobil telefonda istifadə edə bilərsiniz. Yeni nəsil televiziya olan Teleport TV istənilən yerdə, istənilən cihazda hər kəsə əlçatandır.

Əgər Teleport TV-ni telefon və ya digər mobil cihazlarda deyil, televiziyadan izləmək istəyirsinizsə, bu da problem deyil. Bu zaman Teleport şirkəti sizə evinizin zərif aksessuarına çevriləcək müxtəlif kanallara qoşulmuş TV Box təqdim edərək HD dünyasına qərq edəcək. Dəyəri 99 AZN təşkil edən TV Box haqqında daha ətraflı məlumata bu linkə daxil olaraq əldə edə bilərsiniz. Online sifariş isə buradan mümkündür.

Teleport TV mobil tətbiqi haqqında sizi maraqlandıran sualların cavabını buradan, eləcə də *0050 qısa nömrəsinə və WhatsApp xəttinə zəng etməklə əldə edə bilərsiniz.

Hər kəsə xoş seyrlər!

Reklam hüququnda

Paylaş:
6503

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər