Azərbaycanda Slovakiyanın Səfirliyi açılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda Slovakiyanın Səfirliyi açılıb

16:50 - 01 / 10 / 2019
Azərbaycanda Slovakiyanın Səfirliyi açılıb

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə E.Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib.

Notada bildirilib ki, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda Səfirliyi fəaliyyətə başlayıb.

Səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda Səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

S.Xankişiyeva

 

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər