Sabahın hava proqnozu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu

12:39 - 01 / 10 / 2019
Sabahın hava proqnozu

Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60  faiz olacaq.

Azərbaycanın rayonlarında

Oktybarın 2-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 2-də Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

S.Xankişiyeva

 

Paylaş:
258

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər