Mikayıl Müşfiqə qarşı hörmətsizlik – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Müşfiqə qarşı hörmətsizlik – VİDEO

14:12 - 02 / 10 / 2019
Mikayıl Müşfiqə qarşı hörmətsizlik – VİDEO

Şair Mikayıl Müşfiqin daha bir abidəsi söküntüyə məruz qalıb.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, tanınmış musiqiçi və pedaqoq Abbasqulu Nəcəfzadənin bu barədə video paylaşıb. Onun sözlərinə görə, söküntüyə məruz qalan abidə  Bakının Müşfiqabad qəsəbəsindədir. Paylaşıma şərh yazanlar abidənin bu şəkildə götürülməsinin şairin ruhuna hörmətsizlik olduğunu yazıblar:

"Hətta bu abidəni yenisi ilə əvəz etsələr də, belə olmamalı idi. Bu büstü məktəblərdən birinə hədiyyə etmək olardı".

Sabiq millət vəkili Gülər Əhmədova isə bu hərəkəti "Çobanizm" deyə şərh edib.

Qeyd edək ki, 2017-ci ildə oxşar hadisəyə görə 3 nəfər cəzalandırılmışdı.

1news.az

Paylaş:
446

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər