MSK Rəfael Cəbrayılovla bağlı qərarını verdi

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) deputat mandatından imtina edən Rəfael Cəbrayılovun müraciətinə baxıb.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu gün keçirilən iclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis isə onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar MSK-ya müraciət ünvanlayıb.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
1news.az
451