Nazirlik: Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Nazirlik: Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir – FOTO

14:21 - 03 / 10 / 2019
Nazirlik: Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir – FOTO

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilib, onlara planlı şəkildə qulluq göstərilib.

Qış istismar rejiminə keçid soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə icra olunub.

S.Xankişiyeva

Paylaş:
1262

Son xəbərlər

Bütün xəbərlər